Rusiyada fəaliyyət göstərən “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hüseynovdan

29 dekabr 2021, 15:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatı adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin Azərbaycan Respublikasının inkişafına, onun iqtisadi və mədəni yüksəlişinə yönəlmiş bütün səyləriniz lazımi dəstək qazanır. Sizin bilikləriniz, təcrübə və müdrikliyiniz cəmiyyətdə birlik və həmrəyliyin daha da möhkəmlənməsinə kömək edir.

Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına görə Ulyanovsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlıların səmimi təşəkkürünü qəbul edin.

Azərbaycan Respublikası ilə Ulyanovsk vilayəti arasında dostluq və işgüzar tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istərdik.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, nikbinlik və gümrahlıq, Azərbaycan Respublikasının rifahı naminə yaradıcılıq enerjisi və aktiv fəaliyyət arzulayır, Sizə və yaxınlarınıza xoşbəxtlik və firavanlıq diləyirik.

Hörmətlə,

İslam Hüseynov

Rusiyada fəaliyyət göstərən “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55