Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135; 1999, № 8, maddə 476; 2002, № 5, maddə 237; 2003, № 1, maddə 10; 2004, № 2, maddə 57; 2006, № 11, maddə 923; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2015, № 2, maddə 72, № 4, maddə 357; 2017, № 9, maddə 1631; 2019, № 1, maddə 20, № 6, maddə 987, № 9, maddə 1485) 38-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383; 2020, № 5, maddə 522, № 7, maddə 832, № 12 (I kitab), maddə 1438; Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 390-VIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:
“Maddə 32-1. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə görə dövlət rüsumu
Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 2 (II kitab), maddə 215, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 2, maddə 154, № 5, maddə 755, № 6, maddələr 1019, 1043; 2018, № 3, maddə 373, № 5, maddələr 837, 850, № 12 (I kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddələr 375, 391, № 6, maddə 987; 2020, № 4, maddə 391, № 5, maddə 522, № 7, maddələr 832, 843, № 11, maddə 1326) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 102.4-cü maddədə “verir və ya icazə verməkdən imtina” sözləri “verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 102.4-1-ci və 102.4-2-ci maddələr əlavə edilsin:
“102.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi haqqında qərarı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu qərar sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir.
102.4-2. Sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.”;
3.3. 102.7-ci maddədə “verilməsi barədə qərar qəbul edildiyi” sözləri “verildiyi” sözü ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 102.7-1-ci maddə əlavə edilsin:
“102.7-1.Tikinti obyektinin istismarına icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 4. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673, 696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2016, № 1, maddə 22; 2018, № 5, maddə 849; 2019, № 1, maddə 20, № 11, maddə 1689; 2020, № 7, maddə 842; 2021, № 7, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 10-cu maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;
4.2. 39-cu maddənin ikinci hissəsinin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“dağ-mədən ayırması və geoloji ayırma statusunun verilməsinə görə dövlət rüsumu.”.
Maddə 5. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2004, № 2, maddə 57; 2007, № 10, maddə 938; 2014, № 8, maddə 959, № 11, maddə 1366; 2019, № 6, maddə 988, № 8, maddə 1383) 9-cu maddəsinin dördüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Balıqovlama biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 6. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470; 2004, № 2, maddə 57, № 7, maddə 505, № 11, maddə 902; 2007, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 11, maddə 1045; 2015, № 4, maddə 363; 2017, № 12 (I kitab), maddə 2195; 2018, № 1, maddə 14; 2020, № 7, maddə 823) 15-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 7. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014, № 4, maddə 338, № 10, maddə 1152; 2016, № 12, maddə 2011; 2017, № 2, maddə 142, № 6, maddə 1013; 2018, № 7 (I kitab), maddə 1398; 2019, № 1, maddə 20; 2020, № 5, maddələr 511, 512, 521, № 7, maddə 842, № 12 (I kitab), maddə 1431) 57-ci maddəsinə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
“6. Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 8. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316; 2005, № 4, maddə 272; 2008, № 6, maddə 460; 2014, № 11, maddə 1355; 2015, № 4, maddə 362; 2020, № 5, maddə 512) 13.1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), maddə 556) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
9.1. adında və 6.1-ci maddədə “dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması” sözləri “, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün” sözləri ilə əvəz edilsin;
9.2. 6.1.1.1-ci maddəyə “hüquqlarının” sözündən sonra “(o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların)” sözləri əlavə edilsin;
9.3. 6.1.2-ci maddədə “Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə” sözləri “Bölünmə” sözü ilə əvəz olunsun, həmin maddədən “girov” sözü çıxarılsın və “aparılması” sözündən sonra “ilə bağlı çıxarışın verilməsi” sözləri əlavə edilsin;
9.4. 6.1.3-cü maddədə “çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı” sözləri “çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılması” sözləri ilə əvəz edilsin;
9.5. 6.1.4-cü maddədən “, girovun əlavə dövlət qeydiyyatına” sözləri çıxarılsın.
Maddə 10. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682; 2007, № 12, maddə 1218; 2008, № 2, maddə 49, № 5, maddə 344; 2009, № 12, maddələr 948, 968; 2014, № 10, maddə 1151; 2018, № 4, maddə 640, № 12 (I kitab), maddə 2490, № 6, maddə 995, № 8, maddə 1630; 2020, № 5, maddə 521; 2021, № 6 (I kitab), maddə 557) 39.3-cü maddəsinə “sertifikatının” sözündən sonra “, arayışının, pasportunun” sözləri əlavə edilsin.
Maddə 11. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70, № 11, maddə 1046; 2009, № 6, maddə 397, № 12, maddələr 948, 949; 2010, № 7, maddə 600; 2011, № 4, maddə 259; 2013, № 4, maddə 356; 2015, № 2, maddə 84, № 4, maddə 365; 2016, № 11, maddə 1787; 2017, № 1, maddə 10, № 5, maddə 746, № 6, maddələr 1023, 1038; 2018, № 3, maddə 374, № 6, maddə 1181, № 12 (I kitab), maddə 2508) 6.10-cu maddəsində “qeydiyyatı və” sözləri “qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı,” sözləri ilə əvəz olunsun və həmin maddəyə “üçün” sözündən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin.
Maddə 12. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 547, № 8, maddə 898) 53-1.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 13. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751; 2017, № 11, maddə 1967; 2018, № 6, maddə 1175, № 11, maddə 2193; 2019, № 7, maddə 1183; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 895) aşağıdakı məzmunda 42.1-2-ci maddə əlavə edilsin:
“42.1-2. Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 14. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 778; 2014, № 10, maddə 1163; 2017, № 6, maddə 1027, № 7, maddə 1257; 2017, № 12 (I kitab), maddə 2198; 2018, № 4, maddə 638; 2021, № 7, maddə 719) aşağıdakı məzmunda 11.3-1-ci maddə əlavə edilsin:
“11.3-1. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 15. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701) 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 27-ci maddəsinə “baytarlıq şəhadətnaməsi,” sözlərindən sonra “arayışı,” sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2021-ci il