“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

29 dekabr 2021, 15:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.76-cı, 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 18.76-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883, № 9, maddə 1463, № 11, maddə 1807; 2017, № 3, maddə 370, № 5, maddə 757, № 7, maddə 1377, № 10, maddə 1804, № 12 (I kitab), maddə 2293; 2018, № 6, maddələr 1231, 1239, № 7 (I kitab), maddə 1489, № 12 (I kitab), maddə 2552; 2019, № 1, maddə 95, № 6, maddə 1044, № 7, maddə 1248, № 11, maddə 1699; 2020, № 5, maddə 561, № 7, maddə 735) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “4.1-ci, 4.1-1-ci (hər dörd halda), 4.1-2-ci (hər üç halda), 4.1-3-cü (hər üç halda), 4.1-4-cü (hər üç halda), 4.1-5-ci, 4.1-6-cı, 6.2-ci, 18.65.6.1-ci (hər iki halda), 23-2-ci və 33-2.2-ci” sözləri “6.2-ci, 18.76-cı, 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü” sözləri ilə əvəz edilsin;

2.2. 2.1-1–2.1-4-cü, 2.1-7-ci, 2.1-8-ci, 2.1-13-cü və 2.1-16-cı bəndlər ləğv edilsin;

2.3. 2.1-10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.1-10. həmin Qanunun 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”;

2.4. 2.2-ci bənddən “18.65.3-1-ci (ikinci halda)” sözləri çıxarılsın və həmin bənddə “, 25.2.2-ci və 33-5-ci” sözləri “və 25.2.2-ci” sözləri ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 18.76-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

2.6. 2.3-cü bənddən “və 7-ci maddəsində (2-ci maddə üzrə)” sözləri çıxarılsın və həmin bənddə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

2.7. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;”;

2.8. 2.9-cu bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.9. 2.11-ci bənddən “(birinci halda)” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2021-ci il

SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00