İlham Əliyev paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olmuşdur

01 avqust 2012, 17:30
İlham Əliyev paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olmuşdur

Prezident İlham Əliyev paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda həyata keçirilən tikinti və yaşıllaşdırma işləri barədə dövlətimizin başçısına məlumat verdi. Ərazisi 25 min kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacağı vurğulandı. Parkın qısa vaxt ərzində Bakı sakinlərinin istifadəsinə veriləcəyi bildirildi.

Həyata keçirilən tikinti-abadlıq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42