Rusiyanın “EKOLab” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Seyfəddin Mərdanlıdan

28 dekabr 2021, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, 60 illik yubileyiniz münasibətilə Sizi təbrik edim və səmimi arzularımı bildirim.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan müstəqil, sabit və mütərəqqi dövlətin təşəkkülündə sanballı nəticələr qazanıb. Sizin qəbul etdiyiniz qərarlar Azərbaycanın rifahına xidmət edən beynəlxalq əlaqələri möhkəmləndirir və genişləndirir.

Sizə əmin-amanlıq, iqtisadi və siyasi sabitlik, möhkəm cansağlığı və tükənməz enerji arzu edirəm.

Səmimi və dərin hörmətlə,

Seyfəddin Mərdanlı

Rusiyanın “EKOLab” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,

Rusiya Federasiyasının Əməkdar səhiyyə işçisi,

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti

Federal Dövlət Muxtar ali təhsil müəssisəsinin epidemiologiya kafedrasının professoru,

Dövlət Humanitar-Texnoloji Universitetinin farmakologiya və əczaçılıq fənləri kafedrasının professoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55