Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

27 dekabr 2021, 19:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında çoxəsrlik ümumi tarixə, mənəvi və mədəni dəyərlərin yaxınlığına əsaslanan möhkəm dostluq və strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın köklü maraqlarına uyğun olaraq gələcəkdə də dərinləşəcəkdir.

Hörmətli Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Sadır Japarov

Qırğız Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55