Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

27 dekabr 2021, 20:29

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi yubileyiniz münasibətilə təbrik edim.

60 il dəyərli həyat təcrübəsi ilə birlikdə tarixin qarşınıza qoyduğu qlobal vəzifələrin həlli üçün əlverişli şərait yaradan çiçəklənmə dövrüdür.

İlk öncə Sizə möhkəm cansağlığı və fədakar fəaliyyətinizdə uğurlar arzulayıram. Qarabağ uğrunda Vətən müharibəsində qazanılan parlaq Qələbə son dərəcə çətin, lakin Azərbaycanı işıqlı gələcəyə doğru aparan mərhələdir.

Müharibədən sonrakı dağıntıların, işğaldan azad edilmiş ərazilərdə məhv edilmiş infrastrukturun bərpası, regionda nəqliyyat arteriyaları üzərindən blokadanın götürülməsi sahəsində əldə olunan siyasi qələbələr, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Sizin bütün istedadınızı, titanik iş və imkanları səfərbər etməyi tələb edən son dərəcə böyük vəzifədir. Şübhəsiz, Siz bunların hamısına nail olacaqsınız.

Sizə, böyük və möhkəm ailənizə əmin-amanlıq, firavanlıq, çiçəklənmə və xoş əhval-ruhiyyə arzulayıram.

Hörmətlə,

Məmməd Əliyev

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki,

“Dostluq”, “Şöhrət” ordenləri ilə, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmiş,

Rusiya Federasiyasının dövlət mükafatı laureatı,

Rusiya Hökumətinin mükafatı laureatı,

Rusiyanın Əməkdar elm xadimi,

Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55