İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir

31 iyul 2012, 16:00
İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir

Prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Dövlət başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu.

Binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr nümayiş olunur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev komplekslə bağlı Azərbaycan Prezidentinə məlumat verdi.

Bildirildi ki, ən müasir standartlara cavab verən bu idman qurğusu Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmişdir. İnşasına 2007-ci ildə başlanılan Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcəkdir. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Salonun döşəməsi xüsusi texnologiya əsasında quraşdırılmışdır ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir.

Diqqətə çatdırıldı ki, Azərbaycan Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə olunmuşdur. Burada “Hörinq” şirkətinin texnologiyası əsasında atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İdman qurğusunda geniş trenajor salonu fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədiləcəkdir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunacaqdır.

Bildirildi ki, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir.

Burada ən müasir nəmalma, havalandırma və istilik sistemi quraşdırılmışdır. Beş yüz kubmetrlik su tutumu olan hovuzun dərinliyi 1,2 metrdən 1,8 metrə qədərdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılmışdır. Kompleksdə cüdoçular üçün xüsusi salon fəaliyyət göstərəcəkdir. Taekvondoçuların məşqləri üçün də hərtərəfli şərait vardır. Dövlətimizin başçısına bildirildi ki, bu Olimpiya İdman Kompleksində də mükəmməl infrastruktur yaradılmışdır.

Azərbaycan Prezidenti kompleksin ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana ilə də tanış oldu. Birinci mərtəbədə konfrans zalı fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait mövcuddur. Mühafizə otağı ən müasir avadanlıqla təchiz edilmişdir. Əlli nəfərlik yeməkxana da müasirliyi ilə seçilir. Mehmanxananın ikinci və üçüncü mərtəbələrində bir lüks və 11 yarımlüks otaq vardır. Mehmanxananın eyvanından ətrafın göz oxşayan mənzərəsini seyr etmək mümkündür.

Prezident İlham Əliyevə bildirildi ki, ərazidə süni örtüklü futbol meydançası yaradılmışdır. Futbol meydançasının tribunalarında 963 tamaşaçı yeri vardır. Meydançanın kənarında iki qaçış zolağı yaradılmışdır. Futbol meydançasından başqa, ərazidə tennis kortu, basketbol və voleybol meydançaları da vardır. Ərazidə 500 ağac və koldan ibarət yaşıllıq zolağı salınmışdır. Burada artezian quyusu qazılmış, su anbarları və qazanxana quraşdırılmışdır. Qrunt sularından mühafizə məqsədi ilə drenaj sistemi yaradılmışdır.

Dövlət başçısı Cəlilabad Olimpiya İdman Kompleksi ilə yaxından tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Mən sizin hamınızı ürəkdən təbrik edirəm! Cəlilabad Olimpiya İdman Kompleksinin açılışı çox böyük hadisədir. Mən çox şadam ki, bu gün biz sizinlə bərabər bu gözəl kompleksin açılışında iştirak edirik.

Doğrudan da bu, Cəlilabad rayonu üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda idmanın inkişafı üçün çox vacib olan məsələdir. Mən çox şadam ki, bu kompleks xarici görünüşü və daxili tərtibat baxımından bütün standartlara cavab verir. Həm gözəl üzgüçülük hovuzu, həm böyük idman zalı, trenajor zalı, açıq meydançalar, stadion, mehmanxana.

Yəni, əslində bu, təkcə idman qurğusu deyildir. Bu, ümumiyyətlə rayonun inkişafı üçün və Cəlilabadda gedən sürətli inkişaf üçün çox vacib olan obyektdir.

İdman bizim cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmana böyük diqqət göstərilir. Bütün yerlərdə, bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir və hər yeni Olimpiya İdman Kompleksi əvvəlkindən fərqlənir, daha da gözəlliyi, daha böyük funksional cəhəti ilə. Cəlilabad Olimpiya İdman Kompleksi də əvvəlki illərdə tikilmiş komplekslərdən fərqlənir və əminəm ki, bu kompleks Cəlilabad idmançılarına və rayon sakinlərinə xidmət edəcəkdir.

Burada, əlbəttə ki, idman bölmələri yaradılacaqdır. Eyni zamanda, rayon sakinləri də burada öz asudə vaxtlarını keçirə bilərlər. İdman, fiziki sağlamlıq bizim üçün çox vacibdir. İnsanların sağlamlığı, o cümlədən insanların idmana olan münasibətindən asılıdır.

Bizdə idman siyasəti yüksək səviyyədə aparılır. İdmançılarımız hazırda Londonda Olimpiya Oyunlarında yarışırlar. Biz onları oraya böyük ümidlərlə göndərmişik və əminəm ki, yaxşı nəticələr olacaqdır. Artıq birinci medal qazanılıbdır.

Əminəm ki, medalların sayı daha da çox olacaqdır. Gələcəkdə Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün idmanın kütləviliyi daha da geniş şəkildə təmin edilməlidir. Bütün bölgələrdə yaradılan olimpiya idman kompleksləri məhz bu məqsədi güdür. Uşaqlar, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb olunsunlar, idman ilə məşğul olsunlar, fiziki cəhətdən sağlam olsunlar və peşəkar idmançı olsunlar.

Mən şadam ki, Cəlilabadda da artıq Olimpiya İdman Kompleksi vardır. Cəlilabadda idman ənənələri həmişə olmuşdur.

İdman ilə məşğul olmaq üçün şərait o qədər də yaxşı olmamışdır. Ancaq indi biz bu boşluğu da artıq aradan götürürük.

Bu kompleks ilə yanaşı, mən bu gün Cəlilabadda bir sıra digər obyektlərin açılışında iştirak etmişəm. Çox şadam ki, rayon sürətlə və hərtərəfli şəkildə inkişaf edir.

Əvvəlki səfərlərimdə Diaqnostika Mərkəzinin, digər obyektlərin açılışında iştirak etmişəm. Heydər Əliyev Seyrəngahı möhtəşəm bir mərkəzə çevrilibdir. Bu gün isə yeni parkların açılışında iştirak etmişəm. Gənclər Parkı, sonra şəhərin içərisindəki köhnə park tamamilə yenidən qurulmuşdur. Gənclik Evi tikilmişdir. Quşçuluq fabriki, sonra taxıl anbarı, məktəblər tikilib, binalar bərpa olunub. Mən çox şadam ki, inkişaf çox sürətlə gedir.

Eyni zamanda, bu gün kənd yolunun açılışında iştirak etmişəm. Bu da çox vacibdir. Hazırda Azərbaycanda kənd yollarının tikintisi prosesi geniş vüsət almışdır. O cümlədən Cəlilabad rayonunda 17 kilometr uzunluğunda kənd yolunun tikintisi başlamışdır. Onun əhatə etdiyi kəndlərdə 20 mindən artıq əhali yaşayır. Cəlilabadda kəndlərin sayı çoxdur, təqribən 200-yə yaxındır. Biz tədricən bütün kənd yollarını yaxşı vəziyyətə salmalıyıq.

Bir rayonda görülən işlər, bir gün ərzində iştirak etdiyim açılışlar ölkəmizin dinamik inkişafını təsdiqləyir. Həm iqtisadi sahədəki işlər, regionların inkişafı, iş yerlərinin açılması, abadlıq-quruculuq tədbirləri, həm də idman obyektlərinin, kənd yollarının açılışı, tikintisi ölkəmizin dinamik inkişafını göstərir. Gələcək illərdə bu inkişaf daha da sürətli olmalıdır. Əvvəlki illərdə görülən işlər deməyə əsas verir ki, artıq biz böyük uğurlara nail ola bilmişik. İndi infrastruktur layihələri icra edilir.

Mən maraqlandım, icra başçısı məlumat verir ki, Cəlilabadda qazlaşdırma prosesi bir az ləng gedir. Mən Bakıya qayıdandan sonra əlavə göstərişlər verəcəyəm ki, qazlaşdırma daha da sürətli getsin. Rayon mərkəzi tamamilə qazlaşdırılmalıdır və bu, belə də olacaqdır. Çalışmalıyıq ki, kəndlərin də mütləq əksəriyyəti qazlaşdırılsın. Buna imkan vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu məsələlər öz həllini tapmalıdır. Çalışmalıyıq ki, gələn ilin sonuna qədər qazlaşdırma məsələlərini tamamilə yekunlaşdıraq.

Hazırda vacib infrastruktur layihələrinin arasında su və kanalizasiya layihələridir. Bu məsələlər də gələn ilin sonuna qədər yekunlaşmalıdır. Artıq bu işlər başlamışdır. Dövlət büdcəsində vəsait vardır. Cəlilabad şəhəri və ətraf kəndlər ilk növbədə su və kanalizasiya sistemi ilə təmin edilməlidir. Bu, çox böyük layihədir. Çünki bu layihə hər bir rayonda icra edilir, böyük vəsait və böyük zəhmət tələb edir. Keçmişdə ümumiyyətlə bölgələrdə kanalizasiya sistemi olmamışdır. Heç Bakının da kanalizasiya sistemi lazımi səviyyədə olmamışdır. İçməli su daim problem olmuşdur. Biz bu məsələni birdəfəlik həll edəcəyik. Beləliklə, biz insanları ən çox narahat edən problemləri tədricən aradan qaldırırıq.

Sahibkarlıq üçün yeni şərait, gözəl imkanlar yaradılır, kreditlər verilir. Kənd təsərrüfatı inkişaf edir. Cəlilabadda kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət verilməlidir. Çünki bildiyiniz kimi, vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəlilabadda böyük üzüm bağları salınmışdı. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında sovet rəhbərliyi tərəfindən çox yanlış siyasət aparılmışdır. Bütün üzüm bağları məhv edilmişdir. Onların bərpası indi çox çətin məsələdir.

Ancaq buna baxmayaraq bu məsələ də tədricən öz həllini tapmaqdadır. Yəni, burada üzümçülüyün böyük ənənələri olmuşdur. Üzümçülüyün fermerlərə, kəndlilərə nə qədər xeyirli olduğunu biz hamımız yaxşı bilirik. Təsadüfi deyildir ki, keçən ilin sonunda Azərbaycanda üzümçülüyün inkişafına dair mənim tərəfimdən Sərəncam imzalanmışdır, Dövlət Proqramı qəbul edilmişdir. Biz çalışacağıq ki, üzümçülüyü sürətlə inkişaf etdirək. Bu istiqamətdə Cəlilabadın üzərinə ən böyük məsuliyyət düşür. Çünki biz vaxtilə salınmış bağları bərpa etməliyik, yenidən salmalıyıq və üzümçülüyün inkişafına nail olmalıyıq.

Kənd təsərrüfatının digər istiqamətləri üzrə də Cəlilabadda böyük imkanlar, böyük potensial vardır. İndi biz fermerləri texnika ilə də təmin edirik. Sumqayıtda gübrə zavodu tikilir. İndi biz özümüzü gübrələrlə təmin edəcəyik.

Rayonun turizm potensialı vardır. Ancaq bu vaxta qədər həmin potensialdan istifadə olunmayıb. Çünki yenə də infrastruktur olmadıqda bunu etmək mümkün deyildir. İndi yeni kənd yollarının tikintisi nəticəsində Cəlilabadın dağlıq əraziləri də artıq rayon mərkəzi ilə birləşəcək və o ərazilərdə, gözəl yerlərdə turizm obyektləri, otellər tikilməlidir və tikiləcəkdir.

Mən bir daha demək istəyirəm və çox şadam ki, Cəlilabadın inkişafı çox sürətlidir. Şəhər simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir.

Bir daha sizi bu gözəl binanın - Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram.

X X X

Azərbaycanın basketbol üzrə milli komandasının üzvü, Birinci İslam Ölkələri Olimpiadasının qalibi, on beş qat Azərbaycan çempionu Zaur PAŞAYEV ölkədə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə idmançılar adından dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

- Bu gün rayonumuzun sakinləri və biz gənclər üçün çox əlamətdar bir gündür. Belə bir gözəl kompleksi bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Bildiyiniz kimi, bütün dünyanın gözü London Olimpiya Oyunlarındadır. Orada idmançılarımızın çıxışını görəndə qəlbimiz fərəh hissləri ilə dolur. Bu, Sizin Azərbaycanda idmana göstərdiyiniz qayğının böyük bir nümayişidir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda Olimpiya hərəkatı yüksək səviyyədə inkişaf edir, güclənir. Bir daha demək istəyirəm ki, idmançılarımız Olimpiya Oyunlarında bayrağımızı yüksəklərə qaldıracaqlar və Azərbaycanımızın himnini səsləndirəcəklər.

Cəlilabad da gündən-günə inkişaf etməkdədir, gözəlləşməkdədir. Gözəl yollar çəkilir, məktəblər tikilir, parklar salınır.

Buna görə də Sizə minnətdarlığımızı bildiririk, çox sağ olun deyirik, cənab Prezident! Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15