Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Arif Kərimovdan

27 dekabr 2021, 16:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Rusiya ilə Azərbaycan arasında xalqlarımızın qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın möhkəmlənməsinə Sizin töhfənizi layiqincə qiymətləndirmək çətindir.

Siz, heç şübhəsiz, müasir dövrün ən parlaq və nüfuzlu siyasətçilərindən birisiniz. Əminəm ki, Siz hələ uzun illər boyu doğma ölkənizin - Azərbaycan Respublikasının və orada məskunlaşan bütün xalqların rifahı naminə səmərəli işinizi davam etdirəcəksiniz. Qoy bu məsul vəzifədə işiniz Sizə yalnız sevinc və məmnunluq gətirsin!

2021-ci ilin sona çatdığı bu günlərdə, icazə verin, Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim. Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və nəzərdə tutduğunuz bütün planlarınızın həyata keçməsini arzu edirəm.

Hörmətlə,

Arif Kərimov

Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin prezidenti,

Rusiya Federasiyası Prezidenti yanında

Millətlərarası Münasibətlər Şurasının üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55