Gürcüstanın Ticarət və Sənaye Palatasının Baş direktoru, fövqəladə və səlahiyyətli səfir, professor David Aptsiauridən

27 dekabr 2021, 14:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu,

Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən və məmnuniyyətlə təbrik edirəm.

Siz dahi Heydər Əliyevin işini davam etdirərək, Azərbaycanın milli inkişafında və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində əldə olunmuş heyrətamiz nailiyyətləri daha da artırdınız.

Azərbaycanın ərazi bütövlüyünün bərpasına verdiyiniz qətiyyətli töhfə, şübhəsiz ki, tarixdə müdrik rəhbərlik, xalqın mənafeyinə və dövlətin inkişafına fədakar xidmət nümunəsi kimi qalacaq.

Sizin Azərbaycan və Gürcüstan arasında qardaşlıq münasibətlərinin inkişafına verdiyiniz töhfə əvəzsizdir.

Ailənizə, yaxınlarınıza və dostlarınıza qarşı göstərdiyiniz doğmalıq, diqqət və qayğı kimi gözəl insani keyfiyyətlərinizi xüsusi qeyd etmək istərdim.

Sizə və gözəl ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycanın çiçəklənməsi yolunda daha böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

David Aptsiauri

Gürcüstanın Ticarət və Sənaye Palatasının Baş direktoru,

fövqəladə və səlahiyyətli səfir, professor 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55