Misirdə fəaliyyət göstərən Ərəb Elektron Media Birliyinin sədri Feysəl Xəlifə Əl-Səvvağdan

27 dekabr 2021, 14:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc hissi duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan xalqı hər kəsin şahidi olduğu tərəqqi və firavanlıq, bizimlə dost ölkəniz beynəlxalq miqyasda yüksək nüfuz əldə edib. Bütün bunlar Sizin fədakar xidmətləriniz, xalqınızın dəyanəti, dövlətinizin qüdrəti sayəsində mümkün olub və beynəlxalq birlik tərəfindən təqdir edilir.

Sizin rəhbərliyiniz sayəsində Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasındakı münasibətlər yüksək səviyyədə inkişaf etmişdir və təqdirəlayiqdir. Bu isə Ərəb Elektron Media Birliyində biz jurnalistlərə və şəxsən mənə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı hüquqlarını dəstəkləməyə, erməni təcavüzünü pisləməyə stimul verib. Biz jurnalist olaraq malik olduğumuz gücümüz çərçivəsində kütləvi informasiya vasitələrində dost ölkəniz öz qanuni hüquqlarına nail olana qədər ona dəstəyimizi nümayiş etdirmişik.

Sizi ürəkdən təbrik edir və möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,

Feysəl Xəlifə Əl-Səvvağ

Misirdə fəaliyyət göstərən Ərəb Elektron Media Birliyinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55