“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri, Beynəlxalq “Akord” jurnalının baş redaktoru Mariya Pavlovna Hüseynova-Atanasovadan

27 dekabr 2021, 12:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sevimli Azərbaycanımızın çiçəklənməsi naminə Sizə firavanlıq, xoşbəxtik, cansağlığı və xeyirli işlər arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib ümummilli lider Heydər Əliyevin davamçısı kimi yürütdüyünüz müdrik siyasətə görə Sizə böyük qürur hissi ilə dərin hörmətimi bildirirəm. Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dünyanın gözəl guşəsi olan Azərbaycanda müxtəlif millətlərə mənsub insanlar sülh şəraitində yaşayırlar. Onların sırasında öz köklərini və adət-ənənələrini unutmayan bolqarlara da qismən rast gəlmək olar. Bu cür gözəl şərait isə Azərbaycanda milli azlıqlara qarşı həyata keçirilən tolerantlıq siyasətinin nəticəsidir.

Hörmətlə,

Mariya Pavlovna Hüseynova-Atanasova

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri,

Beynəlxalq “Akord” jurnalının baş redaktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55