“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri Levent Kafkaslıdan

25 dekabr 2021, 15:23

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Sizi – müdrik dövlət başçısı, parlaq siyasətçi, müzəffər Ali Baş Komandanı 60 illik yubileyiniz münasibətilə “Tekfen İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edir, xoş arzularımı çatdırıram.

Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə yüksək zirvələrə ucalır, ölkənin sosial-iqtisadi inkişafı ardıcıl və dinamik şəkildə davam edir. Siz Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünün bərpasına nail oldunuz, regionda sabitlik, hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün şərait yaratdınız.

Zati-alinizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt həyat, rəhbərliyinizlə qazanılan uğurların Azərbaycanı daha yüksək zirvələrə çatdırmasını arzulayıram.

Dərin hörmətlə,

Levent Kafkaslı

“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55