“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

24 dekabr 2021, 19:39

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Xarakter möhkəmliyiniz, öz qüvvənizə inamınız və doğma Vətəninizə səmimi sevginiz Sizə ölkənizin vətəndaşlarına xidmət etmək kimi nəcib işinizdə heyrətamiz nailiyyətlər əldə etməyə kömək edir.

Azərbaycanın qlobal siyasətdə və iqtisadiyyatda artan nüfuzu, respublikanın mədəniyyət, idman və turizm sahələrində qazandığı nailiyyətlər bütün dünyada Sizin adınıza bağlıdır.

Əminəm ki, bu gün Siz dünya liderlərindən, işgüzar dairələrin tanınmış nümayəndələrindən, görkəmli ictimai xadimlərdən, dostlarınızdan və yaxınlarınızdan xoş sözlər eşidirsiniz. Mən də səmimi qəlbdən bu təbriklərə qoşularaq Sizə cansağlığı, Azərbaycan xalqının həqiqi lideri kimi yeni nailiyyətlərə doğru addımlarınızda tükənməz enerji və yüksək ruh, yaxınlarınızla birlikdə səadət və firavanlıq arzulayıram.

Hörmətlə,

Mixail Qutseriyev

“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55