Xorvatiya Respublikasının sabiq Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Stepan Mesiçdən

24 dekabr 2021, 14:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost.

Sizə möhkəm cansağlığı və yeni ildə bütün sahələrdə uğurlar arzulayıram. Siz həm iqtisadi, həm də hərbi baxımdan güclü və qüdrətli, beynəlxalq münasibətlərdə əhəmiyyətli mövqeyə malik bir ölkənin Prezidenti kimi şərəfli bir vəzifə daşıyırsınız.

Bu gün dünya bir müddət əvvəl təsəvvür etmədiyimiz bir sıra çətinliklərlə üz-üzədir. Gələcəyimiz hamımızın, yəni bütün dünyanın həmin çətinlikləri necə dəf edəcəyindən asılıdır.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən səmimi hisslərlə şəxsi səadət, eləcə də xalqınızın rifahı naminə yorulmadan göstərdiyiniz səylərin yerinə yetirilməsi zamanı qaçılmaz olan bütün problemlərin həllində uğurlar arzulayım.

Hörmətlə,

Stepan Mesiç

Xorvatiya Respublikasının sabiq Prezidenti,

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55