İlham Əliyev London Olimpiadasında ölkəmizə ilk medal qazandıran ağır atletimizin yarışına baxmışdır

30 iyul 2012, 01:00
İlham Əliyev London Olimpiadasında ölkəmizə ilk medal qazandıran ağır atletimizin yarışına baxmışdır

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan ilk medalını qazanmışdır. Ağır atletika üzrə yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Valentin Xristov 286 xalla bürünc medala sahib olmuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışa baxmışlar.

Valentin Xristov birdənqaldırmada 120 kiloqram, təkanlaqaldırmada isə 150 kiloqram qaldırmaq istədiyini bildirmişdir.

İdmançımızın ilk cəhdi uğurlu olmuşdur. O, 120 kiloqram çəkini 123 kiloqram çəkiyə dəyişmiş və birdənqaldırmada bunun öhdəsindən asanlıqla gəlmişdir. Rəqiblərinin çıxışına uyğun olaraq, Valentin Xristov ikinci cəhdində 127 kiloqram çəki sifariş vermiş və bunun da öhdəsindən məharətlə gəlmişdir. Nəhayət, üçüncü cəhddə atletimiz 130 kiloqram sifariş versə də, buna nail ola bilməmiş və 127 kiloqram çəki ilə kifayətlənməli olmuşdur. Nəticədə idmançımız birdənqaldırmada dördüncü yeri tutmuşdur.

Təkanlaqaldırmada idmançımız rəqiblərinin çıxışına uyğun olaraq 154 kiloqram sifariş etmiş və ağırlığı uğurla başı üzərinə qaldırmışdır. İkinci cəhddə o, 158 kiloqram sifariş etsə də bunun öhdəsindən gələ bilməmişdir. Amma üçüncü cəhddə Valentin Xristov 159 kiloqram çəki sifariş etmiş və bu dəfə ağırlığı qaldıra bilmişdir.

Beləliklə, ümumi nəticədə 286 xal toplayan Valentin Xristov üçüncü pillədə qərarlaşmış və Azərbaycan millisinə London Olimpiadasında ilk medalını qazandırmışdır.

Dövlət başçısı ağır atletimizi və yığmamızın məşqçilər korpusunu qələbə münasibətilə təbrik etmişdir. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26