Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan

24 dekabr 2021, 12:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

İcazə verin, Sizin, ad gününüzü qeyd edən dostlarınızın, məsləkdaşlarınızın, bütün dünyadakı milyonlarla həmvətənimizin həyatında əlamətdar hadisə olan 60 illik yubileyiniz münasibətilə Zati-alinizi ürəkdən təbrik edim.

Rəşadətli Azərbaycan Ordusunun öz Ali Baş Komandanının rəhbərliyi ilə qazandığı böyük Qələbənin ildönümü münasibətilə lap yaxın vaxtlarda Zəfər atəşfəşanlığı oldu. Azərbaycan xalqı bu tarixi Qələbənin sevincini yaşayır və öz lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi alqışlayır.

Bu gün dünyada öz xalqının və beynəlxalq ictimaiyyətin nəzərində Sizin qədər hörmət qazanmış ölkə rəhbəri tapmaq yəqin ki, çətindir.

Sizin rəhbərliyinizlə Azərbaycan siyasi, iqtisadi və mədəni inkişaf sahəsində misli görünməmiş uğurlar qazanıb. Siz ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində, onun müdafiə qabiliyyətinin artırılmasında ardıcıl və səmərəli iş apararaq Azərbaycan tarixində ən qüdrətli dövlət və döyüş qabiliyyətli müasir ordu yaratmısınız, gənc Azərbaycanı güclü, nüfuzlu dövlətlər sırasına çıxarmısınız, onu regional liderə çevirmisiniz.

Siz bizim tarixi Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz, əsrin dörddəbirindən artıq müddətdə düşmən tapdağı altında qalmış gözəl Qarabağı bizə qaytardınız.

Bu gün Azərbaycan müstəqillik yolunda qətiyyətlə irəliləyir, onun beynəlxalq nüfuzu möhkəmlənir.

Respublikada və bütün regionda geniş miqyas almış möhtəşəm quruculuq işləri ölkənin gələcəyinə inamla baxmağa və bunu deməyə əsas verir ki, Sizin ən parlaq və genişmiqyaslı zəfərləriniz hələ irəlidədir. Sizin əsas kredonuz Azərbaycanı güclü, sabit və firavanlaşan ölkəyə çevirməkdir. Bu çətin və nəcib missiyanı yerinə yetirmək üçün Ulu Tanrı Sizə qüvvət və səbir versin.

Möhtərəm İlham Heydər oğlu, ənənəyə görə həmvətənlərimiz Yeni il ərəfəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər. Son illərdə Sizin sayənizdə həmin gün rəmzi bayram deyil, real təcəssüm tapmış gündür. Xalqımız hələ heç vaxt bugünkü qədər həmrəy olmayıb.

İcazə verin, yubileyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edim və Sizə ilk növbədə möhkəm cansağlığı, həyatınızda xoşbəxtlik, Azərbaycan xalqı, onun rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyim.

Qoy qarşıdan gələn Yeni il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin olsun!

Sizə və yaxınlarınıza xoş günlər və firavanlıq, gözəl Yeni il əhvalı arzu edirəm.

Dərin hörmətlə,

Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, professor-0-

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55