Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

24 dekabr 2021, 12:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Siz Azərbaycan xalqının firavanlığına yönəlmiş nəcib fəaliyyətinizdə zəngin təcrübənizdən və rəhbər müdrikliyinizdən tam istifadə edirsiniz. Sizin yüksək peşəkarlığınız, ölkəniz qarşısında məsuliyyət və borc hissiniz böyük hörmət doğurur.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin, milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq.

Hörmətlə,

Sergey Narışkin

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55