MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini - Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərovdan

24 dekabr 2021, 11:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Sizin sayənizdə ölkəniz siyasi, iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazanmış, beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirmiş, dünyanın və regionun gündəliyində olan aktual məsələlərin həllində rolunu gücləndirmişdir.

MDB parlamentariləri Sizi öz ölkəsinin həqiqi lideri, Birlik məkanında inteqrasiya proseslərinin fəallaşmasına böyük töhfə verən, iştirakçı ölkələr arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin möhkəmlənməsinə xüsusi diqqət yetirən siyasi xadim kimi tanıyır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, Azərbaycan Respublikasının inkişafı və onun vətəndaşlarının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,

Aydın Cəfərov

Şuranın Baş katibinin müavini,

Şurada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55