Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçevdən

24 dekabr 2021, 11:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

İcazə verin, Qafqaz Müsəlmanları İdarəsinin Rusiyadakı nümayəndəliyi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.

Sizin həyat yolunuz Vətənə, xalqa və hər zaman önəm verdiyiniz sülh, rifah dəyərlərinə fədakar xidmətin nümunəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası iqtisadi, sosial və mədəni sahələrdə mühüm nailiyyətlər qazanmışdır.

Şimali və Cənubi Qafqaz regionlarında sülhün təmin olunmasında Sizin rolunuz ölçüyəgəlməzdir. Bu gün Azərbaycan Respublikası konfessiyalararası anlaşma və dostluğa əsl nümunədir. Sizin bu işdə töhfələriniz bu qədim torpaqda yaşayan bütün xalqların gələcək firavanlığı üçün əsasdır.

Sizin dəstəyiniz sayəsində Qafqaz Müsəlmanları İdarəsinin Rusiyadakı nümayəndəliyi 10 ildən artıqdır ki, Rusiya və Azərbaycan müsəlmanlarının yaxınlaşmasına uğurla kömək edir.

Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Şafik Pşixaçev

Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55