Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyevdən

24 dekabr 2021, 10:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Cənab Prezident.

Bu gün Sizin yubiley doğum gününüzdür. Düşünürəm ki, bu günü digər illərdə qeyd etdiyiniz doğum günlərindən fərqləndirən bir sıra xüsusi cəhətlər mövcuddur. Ancaq ən önəmli cəhət odur ki, Siz 60 illik yubileyinizi qalib xalqın və qalib ordunun müzəffər Ali Baş Komandanı kimi qeyd edirsiniz. Əminəm ki, bu Sizin üçün çox qürurverici və unudulmaz yubiley olacaqdır. Sizi yubileyiniz münasibətilə öz adımdan, ailəm adından, fəxri üzvü olduğum Gələcək Azərbaycan Partiyasının sədri, nümayəndəm Ağasif Şakiroğlu adından səmimi qəlbdən təbrik edirəm.

Hörmətli cənab Prezident, 2020-ci ilin noyabrından etibarən Azərbaycan Respublikasının inkişafının yeni erasına start verildi. Hesab edirəm ki, torpaqlarımızın işğaldan azad edildiyi gün ölkənin real müstəqillik günüdür. Azərbaycan tarixində heç bir zaman 44 günlük Vətən müharibəsi kimi şanlı səhifə yazılmamışdı. Tək mən yox, böyük əksəriyyət Azərbaycanın öz torpaqlarını nəinki 44 günə, ümumiyyətlə heç 10 ilə azad edə biləcəyinə inanmırdı. 44 günlük şanlı Vətən müharibəsi dövründə Sizin Ali Baş Komandan kimi sərkərdəlik fəaliyyətiniz, həftədə ən azı 3 dəfə dünyanın ən tanınmış TV-lərinə verdiyiniz müsahibələr, xalqa etdiyiniz çoxsaylı müraciətlər və kritik vəziyyətlərdə sərgilədiyiniz diplomatik mövqe Sizin problemi necə dərindən analiz etdiyinizə və onun həll yollarının necə olacağını mükəmməl bildiyinizə dəlalət edirdi.

Hörmətli Cənab Prezident, düşünürəm ki, 2016-cı ildə erməni işğalçılarına qarşı ilk sınaq döyüşləri 2020-ci ilin sentyabr uğurlarına aparan yolun başlanğıcı oldu. Müharibəyə qədər Sizin Birinci vitse-prezidentlə birlikdə təşkil etdiyiniz beynəlxalq incəsənət, musiqi festivalları, Avropa Olimpiadası, Formula-1 yarışları, Avroviziya müsabiqəsi və bu kimi digər mühüm beynəlxalq əhəmiyyətli tədbirlər çox qısa bir zamanda Azərbaycanı dünyada tanıtmış, beynəlxalq əhəmiyyətli bir ölkəyə çevirmişdir. Azərbaycan neft ölkəsi kimi tanınmaq pərdəsini yırtdı, dünyaya yeni və mühüm bir pəncərə açmış oldu. Bütün bunlar Sizin apardığınız uğurlu və çox düzgün siyasətinizin nəticəsi idi.

Hörmətli cənab Prezident, Sizin 44 günlük Vətən müharibəsindən öncə ölkədə başladığınız islahatlar, xüsusilə də dövlət idarəetməsində kadr islahatları (müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici işlər, prokurorluq orqanlarında və ən başlıcası isə Prezident Administratsiyasında) zəfərimizdə çox böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda apardığınız islahatlar dalğasının davamı olaraq ölkədə məmur elitasının gəncləşdirilməsi müasir Azərbaycanda yeni inkişaf mərhələsinin təməlini qoymuş oldu.

Hörmətli cənab Prezident, Sizin ad gününüzü ürəkdən təbrik edirəm. Hesab edirəm ki, irəlidə dövlətimizin parlaq gələcəyi üçün xeyli görüləsi işlər var. Azad edilmiş torpaqları inkişaf etdirmək, bu torpaqlar hesabına ölkədə aqrar sektor məhsullarını azı 2 dəfə artırmaq, hərbi sənaye zavodları inşa etmək, konstitusiya islahatları həyata keçirmək və bir çox digər dövlətimiz üçün mühüm olan işləri görmək Sizin payınıza düşür. Əminəm və inanıram ki, Azərbaycan tarixində itirilmiş torpaqları geri qaytarmış ilk müzəffər Ali Baş Komandan kimi bu işləri də zəfər əldə etmiş dövlətin Prezidenti olaraq məharətlə həyata keçirməyə nail olacaqsınız.

Sizi bir daha yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, ailə səadəti arzulayır, dövlətimizin parlaq gələcəyi istiqamətində görəcəyiniz fəaliyyətdə uğurlar diləyirəm.

Doğum gününüz mübarək olsun!

Böyük hörmət və ehtiramla,

Rəsul Quliyev

Gələcək Azərbaycan Partiyasının fəxri üzvü, Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri.

SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:43
Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının...

07 may 2025, 15:43
SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:41
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...

07 may 2025, 15:41
SƏNƏDLƏR Qanunlar 07 may 2025
15:39
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...

07 may 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 06 may 2025
16:06
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...

06 may 2025, 16:06