Professor Qabil Hüseynlidən

24 dekabr 2021, 10:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Tale Sizinlə tanış olmaq şərəfini mənə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik etdiyi dönəmlərdə bəxş edib. O zamanlar Ulu Öndərlə görüşlərimiz, eləcə də telefon əlaqələrimiz müntəzəm olaraq baş verirdi. Naxçıvanla Türkiyə arasında "Ümid" körpüsünün açılışında, eləcə də bu münasibətlə verilən ziyafətdə birgə iştirakımızı da yaxşı xatırlayıram. Sizinlə tanışlıq, müxtəlif mövzularda söhbətlər çox qürurverici idi. Daha sonra Ulu Öndərin prezidentliyi dövründə bir sıra ölkələrə səfərlərdə birgə iştirakımız mənim ən gözəl xatirələrimdəndir. Bunlardan ən yadda qalanı isə Səudiyyə Ərəbistanına səfər və səfər çərçivəsində müqəddəs Məkkə və Mədinə şəhərlərində, Ümrə ziyarətində olmağımızdır. Sadəliyiniz, insanlara diqqətli münasibətiniz və yüksək alicənablığınızla elə o zamanlardan hamının qəlbini fəth etməyə nail olmuşdunuz.

Möhtərəm Prezident, son bir neçə ildə ümumi daxili məhsulun 3 dəfədən çox artması, bölgədə irimiqyaslı iqtisadi layihələrin gerçəkləşdirilməsi, valyuta ehtiyatlarımızın rekord səviyyəyə çatması, uğurlu ordu quruculuğu və Ulu Öndərin vəsiyyətlərini cəsarətlə həyata keçirib Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızı yağı düşməndən azad edərək ərazi bütövlüyümüzü təmin etməyiniz yeni tariximizə artıq qızıl hərflərlə həkk olunub. Bölgədə sülhün və əmin-amanlığın bərpa edilməsində qətiyyətli mövqeyiniz, dönməz iradəniz, yüksək diplomatik məharətiniz Sizə dünyamiqyaslı siyasətçilərlə bir sırada dayanmaq imkanı verib. Bunlar bir daha təsdiq edir ki, ölkənin idarəçiliyinin başında müdrik, çox təcrübəli və ağıllı bir siyasətçi dayanır və onun öndərliyində bütün hədəflərimizə çata biləcəyik. Ulu Tanrı bu yolda daim yar və yardımçınız olsun.

Doğum gününüzü ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və Vətənimizin rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Qabil Hüseynli, professor

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55