Azərbaycan Kommunist Partiyasının nümayəndəsi Hacı Hacıyevdən

24 dekabr 2021, 10:52

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident,

Sizi Azərbaycan Kommunist Partiyasının üzvləri adından 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Yubileyinizin bütün respublikada qeyd olunmasını, sözün tam mənasında, Qarabağın azad edilməsində qazanılan Qələbənin, respublikanın ərazi bütövlüyünün nurunun həmişəlik parlamasında böyük rolu və payı olan Azərbaycan Prezidenti və müzəffər Ali Baş Komandan İlham Əliyevə xalqın istəyi kimi başa düşürük.

2020-ci ilin sentyabr ayında düşmən erməni ordusu növbəti dəfə ərazilərimizə ciddi təhlükə yaratdıqda Siz mərdliklə dəyanət göstərib cəsarətli ordumuza hücum əmrini verdiniz. Rəşadətli ordumuz cəsarət və qəhrəmanlıq göstərib işğal olunmuş ərazilərimizi azad etdi.

Respublikanın ərazi bütövlüyünün təmin olunması böyük əqidəli, müasir dünyagörüşlü xalqın müzəffər Ali Baş Komandan İlham Əliyevə olan inamı və əsgərlərin, zabitlərin canları, qanları bahasına nail olundu. 44 günlük Vətən müharibəsində qüdrətli ordumuz düşmənə qarşı kəskin mübarizə silahını qaldırdı və qətiyyətlə Zəfər qazanıb ərazilərimizi işğaldan azad etdi.

Hesab edirik ki, respublikamızın yazıçı və şairləri öz əsərlərində 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsinin başlanğıcının geniş panoramını verəcəklər, xalqımızın həmin dövrdə istək və arzularını, respublika əhalisinin qələbə əzmli ab-havasını bütün dolğunluğu ilə əks etdirəcəklər.

Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsində Azərbaycan Respublikasının başlıca məqsədlərindən biri də ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi yolu ilə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Təcrübə göstərir ki, konkret hədəflərə əsaslanan strategiya və baxışlar sistemi olmadan iqtisadı sahədə yüksək nəticələrin qazanılması və perspektiv vəzifələrin reallaşdırılması qeyri-mümkündür. Bu və digər hədəfləri uğurla gerçəkləşdirmək isə dərin iqtisadi təfəkkürə malik güclü siyasi liderlər sayəsində mümkün olur.

Bizim əsrimizdə müxtəlif sahələrdə cəmiyyətin fəaliyyətinə rəhbərlik etmək genişmiqyaslı təşkilatçılıq qabiliyyəti ilə yanaşı, böyük zəka, dərin ağıl, zəngin bilik, hörmət, nüfuz tələb edir. Bu xüsusiyyətlərə malik olan Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə məğrurluq, dəyanət və təmkinlilik, xalqımız və dövlətimiz naminə fəaliyyətinin bütün istiqamətlərində uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Hacı Hacıyev

Azərbaycan Kommunist Partiyasının nümayəndəsi

SƏNƏDLƏR Fərmanlar 17 iyul 2026
16:28
Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsində, o cümlədən...

17 iyul 2026, 16:28
SƏNƏDLƏR Qanunlar 17 iyul 2026
16:26
“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

17 iyul 2026, 16:26
SƏNƏDLƏR Fərmanlar 17 iyul 2026
16:24
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 441-VIIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10...

17 iyul 2026, 16:24
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:05
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...

15 iyul 2026, 16:05