Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadədən

24 dekabr 2021, 10:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin 44 günlük Vətən müharibəsində, Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyulmasında göstərdiyiniz şücaət, bu yolda apardığınız mətin və geri dönüşü olmayan mübarizə, xalqımıza yaşatdığınız böyük Zəfər sevinci heç zaman yaddaşlardan silinməyəcək.

Siz - Müzəffər Ali Baş Komandan, ölkənin, regionun inkişafı və irəli getməsi üçün mütərəqqi siyasət aparan, islahatlar yolu tutan siyasi lider, böyük vətənpərvər kimi alqışlara, ən xoş sözlərə layiqsiniz.

Sizi həyata keçirdiyiniz bu şərəfli missiyaya görə xüsusi olaraq təbrik edirik. Sizə uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətinizdə, xalqımız və dövlətimiz naminə gördüyünüz böyük işlərdə uğurlarınızın davamını arzulayırıq.

Əminik ki, Siz ölkəmizin önəminin dünyada qəbul olunması, ədalətli mübarizəsinin qalib gəlməsi, ardıcıl inkişafı, aparıcı dövlətlərlə bir sırada dayanması, ardı-arası kəsilməyən uğurlara imza atması, regionumuzun həyatının müsbətə doğru dəyişməsi üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

Hörmətlə,

Asim Mollazadə,

Demokratik İslahatlar Partiyasının sədri,

Milli Məclisin deputatı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55