Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdən

24 dekabr 2021, 10:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə simimi qəlbdən təbrik edir və Sizə möhkəm cansağlığı arzulayıram. Sizin Azərbaycan üçün etdikləriniz həqiqətən misilsizdir.

Siz Nadir şahdan sonra ilk torpaq alan, ölkənin hüdudlarını genişləndirən Prezidentsiniz. Siz 4 Lüksemburq boyda ərazini Azərbaycana qaytarmısınız. Siz Azərbaycan insanlarının başını uca etmisiniz. Siz Azərbaycanı utancdan xilas etmisiniz. Siz Fransa prezidentinə Azərbaycan dilində tvit yazdırmısınız. Siz Ermənistan baş nazirinə elə dərs keçmisiniz ki, yazısında adınızı müsbət yöndə işarələyib. Sizin Brüsseldə keçirdiyiniz görüşlər və Sizə olan münasibət böyük dövlətlərin rəhbərlərinə göstərilən hörmət və sayğı qədər idi. Bu gün dünyanın ən böyük gücləri də Sizi zəfər qazanan bir rəhbər kimi qarşılayır.

Müxalifət olmaq həqiqətləri və rəhbərin gözəl işlərini görməmək anlamına gəlmir. Milli Cəbhə Partiyası müxalifət partiyası olsa da, həqiqətləri görməkdən və deməkdən məmnundur. Biz hər zaman Sizin dövlətçilik üçün atdığınız addımları dəstəkləyəcəyik. Partiyamız heç zaman müxalifətçiliyi dövlətçiliyə qarşı istifadə etməyib və etməyəcək. Bu gün Azərbaycanda özünü müxalifət və müxalifət lideri adlandıran heç bir şəxs Sizin Qarabağın azadlığı üçün etdiklərinizi edə bilməzdi. Bu, danılmaz faktdır.

Sevinirəm ki, 60 illik yubileyiniz münasibətilə təbriklərimizi Sizə çatdıra bildik.

Sonda bir səmimi etirafı bildirmək istəyirəm. Sizin Qarabağın işğaldan azad edilməsi üçün daxildə və beynəlxalq aləmdə apardığınız işlərlə bağlı illər əvvəl qəlbimdə əminlik olmadığını bəzən dilə də gətirmişdim. Sevinirəm ki, Siz bizi utandırdınız. Bu yanlışlığa görə Sizdən üzr istəyirəm.

Allah Sizi qorusun. Sizi qorusun ki, Siz də Azərbaycanı qoruyasınız.

Hörmətlə,

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri,

Milli Məclisin deputatı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55