Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxandan

24 dekabr 2021, 10:32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə ən xoş arzularla səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə cansağlığı, xalqımız naminə fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Torpaqlarımızın azad olunmasından sonra tale Sizə elə bir fürsət verib ki, adınız milli yaddaşımıza və tariximizə qalib ölkənin Prezidenti, qalib ordunun Ali Baş Komandanı kimi həkk olunmuşdur.

Ölkəmizin inkişafı, onun demoktratik islahatları məhz Sizin iradənizdən asılıdır.

Sizi bir daha təbrik edirəm.

Hörmətlə,

Əvəz Temirxan

Azərbaycan Liberal Partiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55