Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədən

24 dekabr 2021, 10:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və yaxınlarınıza cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Siz 44 günlük Vətən müharibəsi zamanı dəmir iradənizi, iti zəkanızı, güclü məntiqinizi, dərin biliklərinizi bütün dünyaya nümayiş etdirdiniz. Siz təkcə torpaqlarımızı deyil, həm də birinci Qarabağ savaşı zamanı itirilmiş namus və qeyrətimizi də xalqa qaytardınız.

Qədirbilən Azərbaycan sosial-demokratları Sizin Vətən qarşısında bu nəhəng xidmətinizi heç bir zaman unutmayacaqlar.

Allah Sizə gələcək fəaliyyətinizdə yar olsun.

Hörmətlə,

Araz Əlizadə

Azərbaycan Sosial Demokrat Partiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55