Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdan

23 dekabr 2021, 17:52

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Cənab Prezident.

Ölkə başçısı olmaq ailə başçısı olmaq kimidir. Fərq bundadır ki, Siz 10 milyonluq böyük Azərbaycan ailəsinə başçılıq edirsiniz, həm də şərəf və ləyaqətlə.

Azərbaycan Respublikasının prezidentliyinə çətin bir vaxtda seçilmişdiniz. Ümummilli lider Heydər Əliyevin müdrik neft siyasətindən sonra ölkə iqtisadiyyatı yeni-yeni dirçəlməyə başlasa da, torpaqlarımızın 20 faizi düşmən işğalı altında idi.

Bir milyon köçkün yersiz, yurdsuz, dözülməz şəraitdə yaşayırdı. Bir yandan da Heydər Əliyev kimi nəhəng bir siyasətçidən sonra onun yolunu davam etdirmək məsuliyyətli bir iş idi... Lakin bu çətinliklər Sizi qorxutmadı. Çiyninizi ürəklə bu ağır yükün altına verdiniz, Azərbaycanın gələcəyi ilə bağlı atanızın arzularını səbir, təmkin və cəsarətlə reallaşdırmağa başladınız. Gördüyünüz işlərin miqyasını təsəvvür etmək üçün Azərbaycanın Şərqə və Qərbə açılan yollarını, enerji magistrallarını, bütün ölkə boyu tikilən yeni qaçqın şəhərciklərini, məktəb, xəstəxana və idman qurğularını, müasir tələblərə cavab verən yolları, rayonlarımızın və kəndlərimizin abad simasını xatırlamaq kifayətdir.

2020-ci ilin Vətən Müharibəsi və erməni faşizmi üzərində Qələbə bu quruculuq və yüksəlişin parlaq nəticəsi oldu və müzəffər Ali Baş Komandan kimi Sizin adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.

Əziz İlham Heydər oğlu, Azərbaycan xalqının çoxəsrlik tarixinə yeni bir şərəf qazandıran Zəfər Gününün müəllifi, 30 illik Vətən həsrətinə, nisgilinə son qoyan savaşın qəhrəman və qalib Ali Baş Komandanı olaraq Siz həm Azərbaycan xalqının, həm də bizi sevənlərin ürəyində özünüzə heykəl ucaltmısınız.

Məhz Sizin rəhbərliyinizlə yaradılan güclü ordumuz düşmənin 30 ildə qurduğu istehkamları, mövqeləri 44 günün içində yerlə-yeksan etdi. Bu qürurlu tarixin sevincini bizə yaşatdığınıza, eyni zamanda, ölkə daxilində milli birliyi gücləndirmək üçün yaratdığınız dialoq mühitinə görə Sizə sonsuz minnətdaram. "Dəmir yumruğunuz" həmişə var olsun. Sizin siyasi və hərbi iradəniz, xalqımızın birliyi və ordumuzun əzmkarlığı sayəsində üçrəngli bayrağımız Şuşada dalğalandığı kimi, tezliklə Xankəndi şəhərində də dalğalanacaq, regiona əbədi sülh və əmin-amanlıq gələcəkdir. Qarabağda gördüyünüz işlər ürəyimizdə belə bir əminlik yaradıb ki, Siz tez bir zamanda Qarabağı Azərbaycanın bir cənnət bölgəsinə çevirəcəksiniz. Həm müharibə dövründə, həm də ondan sonrakı müddət ərzində dünya mətbuatına verdiyiniz müsahibələr və açıqlamalar Sizin ölkə başçıları arasında müdrik və qətiyyətli lider olduğunuzu bir daha sübut etdi. Qoşulmama Hərəkatına başçılıq etdiyiniz dövrda atdığınız addımlar, Türk Dövlətləri Təşkilatının yaranmasında oynadığınız rol, eyni zamanda, Brüsseldə keçirilən son görüşlər Sizin yürütdüyünüz diplomatik siyasətin parlaq nümayişi olmaqla, öz ad gününüzə gözəl hədiyyə sayıla bilər.

Sizi yubiley yaşınız münasibətilə ürəkdən təbrik edir, dövlətimizin və millətimizin gələcəyi naminə Uca Tanrıdan Sizə, çox hörmətli Mehriban xanıma və ailənizin digər üzvlərinə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Dərin hörmət və ehtiramla,

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi,

Milli Məclisin deputatı 

SƏNƏDLƏR Sərəncamlar 30 oktyabr 2024
14:49
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının...

30 oktyabr 2024, 14:49
SƏNƏDLƏR Fərmanlar 29 oktyabr 2024
16:15
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

29 oktyabr 2024, 16:15