Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovdan

23 dekabr 2021, 17:24

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın rifahı, ölkəmizin tərəqqisi və müstəqil dövlətimizin gələcəyi naminə yorulmaz və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Siz Heydər Əliyev yolunun müzəffər davamçısı kimi milli maraqlara, bəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyətinizlə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırmışınız. Ölkəmizə rəhbərlik etdiyiniz son 18 il ərzində Azərbaycan hərtərəfli inkişaf və yüksəlişə nail olmuş, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirmiş, müsbət imic qazanaraq öz gücünü artırmış, söz və nüfuz sahibinə çevrilmişdir.

İctimai-siyasi sabitliyin qorunması, demokratik inkişaf yolunda qazanılmış müvəffəqiyyətlər, güclü və müasir ordu quruculuğu sahəsində əldə olunmuş misilsiz nəticələr, milli həmrəyliyin gücləndirilməsi, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi, ölkəmizdə mötəbər tədbirlərin keçirilməsi və digər reallıqlar tarixi nailiyyətlərimizdir.

Prezident və müzəffər Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad edilməsi, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması isə çoxəsrlik tariximizin zirvə hadisəsidir.

Tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayan Azərbaycan bu gün dünyada nüfuzlu, müstəqil siyasət həyata keçirən nümunəvi ölkə və regionun lideri kimi qəbul edilir. Ətrafınızda sıx birləşən, siyasətinizi yekdilliklə dəstəkləyən dünya azərbaycanlıları əmindirlər ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə yeni zirvələr fəth edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə də ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və sevinc dolu uzun ömür arzulayıram.

Dərin hörmət və ehtiramla,

Tahir Budaqov

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20