Rusiya Federasiyası Tatarıstan Respublikasının birinci Prezidenti Mintimer Şaymiyevdən

23 dekabr 2021, 14:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

Əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Nüfuzlu dövlət xadimi, müdrik rəhbər, görkəmli şəxsiyyət olan atanızın layiqli davamçısı kimi Siz uzun illərdir doğma Azərbaycanın uğurlu inkişafını və rifahını təmin edirsiniz. Sizin qətiyyətiniz, strateji təfəkkürünüz, siyasi iradəniz xüsusi olaraq qeyd edilməlidir.

Xoş münasibətlərimizi yüksək qiymətləndirir, qardaş respublikalarımızın Heydər Əliyevlə birlikdə əsasını qoyduğumuz hərtərəfli əməkdaşlığının inkişafına görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə səmimi qəlbdən uzun ömür, Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Sizə, nəcib xanımınıza və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq diləyirəm.

Hörmətlə,

Mintimer Şaymiyev

Rusiya Federasiyası Tatarıstan Respublikasının birinci Prezidenti 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55