09:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
10 may 2025, 09:30Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Sizi Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı ölkəsi kimi regionumuzda sabitlik və əmin-amanlıq amili olaraq beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmiş və regional siyasətin formalaşdırılmasında strateji dövlətə çevrilmişdir.
Eyni zamanda, qardaş Azərbaycanın, habelə bütün türk dünyasının tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı Qələbə regionumuzda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoymuşdur.
Qarabağın işğaldan azad edilməsi yolunda göstərdiyiniz səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyiniz töhfələrə görə təşkilatımızın İstanbulda keçirilmiş VIII Zirvə Görüşündə dövlət başçıları tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyinizi qardaş xalqlarımız türk dövlətlərinin Azərbaycanla birlik və həmrəyliyinin bariz numunəsi kimi böyük rəğbətlə qarşılamışlar.
Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının yaradılması və daha da gücləndirilməsində mühüm rol oynadığını bir daha qürurla vurğulayaraq qeyd etmək istərdim ki, sədrliyiniz dövründə türk dövlətləri arasındakı əməkdaşlıq yeni müstəviyə yönəlmiş və təşkilatımız regionda daha da cəlbedici platformaya çevrilmişdir.
Zati-aliləri, fürsətdən istifadə edib Sizə bir daha möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram.
Dərin ehtiramla,
Bağdad Amreyev
Türk Dövlətləri Təşkilatının Baş katibi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
10 may 2025, 09:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40