Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

23 dekabr 2021, 12:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik arzularımızı çatdırırıq.

Biz Azərbaycanın dostları olaraq ölkənizin inkişafı üçün göstərdiyiniz davamlı səylərin şahidi olmuşuq. Tanrı Sizi və gözəl ailənizi daim qorusun, xalqınız və bütün bəşəriyyət naminə nəcib istəkləriniz, arzularınız həyata keçsin.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi təşəkkürlərimizi bildiririk. Mərkəz dünyada daha yaxşı qarşılıqlı anlaşmaya töhfə verən aktual beynəlxalq məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilmişdir.

Hörmətlə və xoş arzularla,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:

Petre Roman

1989-1991-ci illərdə Rumıniyanın Baş naziri,


Çiril Qaburici

2015-ci ildə Moldovanın Baş naziri,


Yadranka Kosor

2009-2011-ci illərdə Xorvatiyanın Baş naziri,


İqor Lukşiç

2010-2012-ci illərdə Monteneqronun Baş naziri,


Rəşid Alimov

2016-2019-cu illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55