“Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 dekabr 2021, 17:42

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də səlahiyyətli orqan dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin 3.7-ci bəndinin ikinci cümləsində, 4.3-cü bəndinin üçüncü cümləsində, 5.1.6-cı, 6.1.11-ci, 8.6.6-cı yarımbəndlərində və 8.8-ci bəndində nəzərdə tutulmuş aktları altı ay müddətində qəbul etsin;

3.2. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn digər vəzifələri həyata keçirsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2021-ci il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55