“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

20 dekabr 2021, 14:07

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1087; 2018, № 4, maddə 700, № 10, maddə 2018; 2020, № 5, maddə 699, № 11, maddə 1362) 2.4-cü və 2.5-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanunun 15.3-cü və 23.3-cü maddələrində (uşaq evlərinə münasibətdə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, habelə həmin Qanunun 4.0.5-ci, 4.0.8-ci, 4.0.12-ci (işçilərin attestasiyasını həyata keçirmək üzrə), 4.0.13-cü, 4.0.14-cü (uşaqların qidalanmasını təmin etmək üzrə) və 4.0.16-cı maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində olan uşaq evlərinə münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 15.3-cü və 23.3-cü maddələrində (uşaq evləri istisna olmaqla) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, habelə həmin Qanunun 4.0.5-ci, 4.0.8-ci, 4.0.12-ci (işçilərin attestasiyasını həyata keçirmək üzrə), 4.0.13-cü, 4.0.14-cü (uşaqların qidalanmasını təmin etmək üzrə), 4.0.15-ci (müəssisələrin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə), 4.0.16-cı maddələrində (uşaq evləri istisna olmaqla) nəzərdə tutulmuş vəzifələri tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə, eləcə də 4.0.2-ci (məktəbəqədər təhsil proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.3-cü, 4.0.7-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını həyata keçirmək üzrə), 4.0.18-ci və 9.1-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;”.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55