Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar memar” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 dekabr 2021, 15:37

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

Axundov Cahangir Rifaətoviç

Hacıyeva Səbinə Xalid qızı

Qasımov Nizami Fikrət oğlu

Qəhrəmanova Şəhla Şex Əli qızı

Məmmədov Kamil Müzəffər oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il