Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 dekabr 2021, 15:05


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adı verilsin:

Mirzəyev Rasim Cəbrayıl oğlu

Musayev Elşən Qədir oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il