20:30
Dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında görüş olub.
NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş katib Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Sonra rəsmi foto çəkdirildi.
Görüşdə NATO-nun Baş katibi Azərbaycanın Alyansın dəyərli tərəfdaşı olduğunu dedi və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu, artıq onun Alyansın mənzil-qərargahına yeddinci səfəridir. Bildirdi ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər.
Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirildi. Həmçinin regiondakı təhlükəsizlik məsələləri qeyd olundu.
Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, eləcə də Alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu dedi.
Görüşdə Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı ilə tərəfdaşlığının vacibliyi vurğulandı. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd olundu. Ölkəmizin NATO-nun "Qətiyyətli dəstək" missiyasının həyata keçirilməsində regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələr də təqdir edildi.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
10 iyul 2026, 12:52Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii...
10 iyul 2026, 12:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana...
09 iyul 2026, 16:09Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 548 nömrəli Fərmanı ilə...
08 iyul 2026, 15:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə...
08 iyul 2026, 15:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin...
08 iyul 2026, 15:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...
08 iyul 2026, 15:22Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar...
08 iyul 2026, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilsin:
fövqəladə və...
08 iyul 2026, 15:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair...
07 iyul 2026, 16:03