17:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.
Səfir Maria Elena Alqabre Filippin Prezidenti Rodriqo Roa Dutertenin və xalqının salamlarını dövlətimizin başçısına çatdırdı. O, Filippin dövlətinin başçısının ölkələrimiz arasında əlaqələri genişləndirmək istədiyini vurğuladı.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Filippin Prezidenti Rodriqo Roa Dutertenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippin dövlətinin başçısına və xalqına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Azərbaycanın da Filippinlə əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilədək uzadılması və bu təşkilat çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərə, xüsusilə vaksinlərin ədalətli bölgüsü ilə bağlı təşəbbüsə Filippinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu vurğuladı. İkitərəfli münasibətlərə gəldikdə, dövlətimizin başçısı siyasi və iqtisadi sahələrdə əlaqələrin fəallaşdırılması, iqtisadi-ticari münasibətlərin qurulmasının vacibliyini qeyd etdi və Maria Elena Alqabrenin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmlənəcəyinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə etdi.
Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre, ilk növbədə, Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü və ərazi bütövlüyünün bərpa olunması, həmçinin Milli Dirçəliş Günü münasibətilə təbrik etdi.
Maria Elena Alqabre səfirlik fəaliyyəti dövründə Azərbaycanla Filippin arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə siyasi, iqtisadi əməkdaşlığın, eləcə də insanlar arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini dedi.
Səfir Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunan videokonfrans formatında Zirvə toplantısının, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin və bu günlərdə BMT Baş Assambleyasında COVID-19 və vaksinlərə dair qəbul olunmuş qətnamənin əhəmiyyətinə toxundu. Maria Elena Alqabre, həmçinin Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli haqqında danışaraq, ölkəmizin bu nailiyyətlərinin beynəlxalq təşkilatların hesabatlarında mütərəqqi nümunə kimi əks olunduğunu qeyd etdi.
Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Az...
11 noyabr 2026, 11:10
Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22