“Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

16 noyabr 2021, 14:24

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 389-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 76; 2012, № 11, maddə 1087; 2013, № 12, maddə 1515) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilsin və “tərkibi və” sözləri çıxarılsın;

1.2. 1-ci hissədən “tərkibi və” sözləri çıxarılsın;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 7-ci hissəsində “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2021-ci il 

SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30