Emil Hüseynovdan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.
Çox böyük məmnunluq hissi ilə qeyd etmək istəyirik ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəmizə görə noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Sizə Türk Dünyasının Ali Ordeni təqdim edilmişdir.
Hörmətli cənab Prezident, Sizə təqdim edilən Türk Dünyasının Ali Ordeni münasibəti ilə Sizə Azərbaycan HR İnstitut komandası adından səmimi təbriklərimizi çatdırırıq. Sizinlə hər zaman qürur duyur, gələcək fəaliyyətlərinizdə daim uğurlar arzulayırıq.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Emil Hüseynov
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.