Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

10 noyabr 2021, 18:42

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın Zəfər Günü münasibətilə türk milləti adından və şəxsən öz adımdan Zati-aliniz başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarımı ən səmimi hisslərimlə təbrik edirəm.

Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcəkdir.

Azərbaycanın ötən il noyabrın 8-də işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada imzaladığımız Bəyannamə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatdırılması ölkələrimiz üçün tarixi addımdır. Həmrəyliyimizin bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur.

Azadlıq uğrunda şəhid olan qardaşlarımızı rəhmət və ehtiramla yad edir, qələbə yolunu açan qazilərimizə minnətdarlığımı bildirirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55