Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilmişdir

12 iyul 2012, 22:40
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilmişdir.

Tacikistan Prezidenti ilə ikitərəfli əlaqələr, həmçinin regional məsələlərə dair müzakirələr apardığını deyən Prezident İlham Əliyev səfər zamanı bir çox sahələri əhatə edən mühüm sənədlərin imzalandığını qeyd etdi. “Tacikistan və Azərbaycan müstəqil ölkələr olaraq öz gələcəyini uğurla qurur”, - deyən Azərbaycan dövlətinin başçısı hər iki ölkənin 20 il ərzində inkişaf və tərəqqi yolu keçdiyini vurğuladı. Bu illər ərzində xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndiyini, bunun da öz növbəsində dövlətlərarası münasibətlərin inkişafına təkan verdiyini vurğulayan Prezident İlham Əliyev dedi:

-Bu gün biz iqtisadi sahədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün hərtərəfli müzakirələr apardıq və müvafiq tapşırıqlar verdik. Yaxşı perspektivlər mövcuddur və biz bu perspektivlərin real olduğunu görürük. Əminəm ki, müvafiq qurumlara verilən tapşırıqlar yaxşı nəticələrə gətirib çıxaracaq və bizə ticarət dövriyyəsini bir neçə dəfə artırmağa imkan verəcəkdir. Energetikanı, sənayeni, sərmayələri əhatə edən bu layihələr ölkələrimizin yaxınlaşmasına xidmət edəcək, regional əlaqələri möhkəmləndirəcəkdir. Regional problemlərə, regional əməkdaşlığa gəldikdə, deməliyəm ki, Tacikistan Mərkəzi Asiyada, Azərbaycan Xəzər hövzəsi və Qafqazda sülhün, təhlükəsizliyin, regional əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Bu gün, həmçinin nəqliyyat siyasəti məsələləri müzakirə olundu. Əminəm ki, regionda həyata keçirilən nəqliyyat təşəbbüsləri ölkələrimizə tam şəkildə öz iqtisadi potensialını reallaşdırmağa imkan yaradacaqdır.

Prezident İlham Əliyev bildirdi ki, bugünkü danışıqlar bir daha Tacikistan və Azərbaycanın regional və qlobal siyasətə dair bir çox məsələlərdə oxşar mövqelərinin olduğunu təsdiqlədi. “Biz beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləyirik, həmişə bir-birimizə səs veririk”, - deyən dövlətimizin başçısı buna nümunə kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi zamanı Tacikistanın dəstəyini xatırladı. Prezident İlham Əliyev bu səfərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin göstəricisi olduğunu vurğuladı.

X X X

Tacikistan Prezidenti Emoməli Rəhmon göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Səfər çərçivəsində ikitərəfli münasibətlərin bir sıra aktual aspektlərinə dair çox faydalı və konstruktiv fikir mübadiləsinin aparıldığını deyən Emoməli Rəhmon qeyd etdi ki, 2007-ci ildə dostluq və əməkdaşlıq haqqında əsas müqavilə və daha 20 sənəd imzalandıqdan sonrakı dövrdə toplanan qarşılıqlı fəaliyyət təcrübəsi nəzərə alınmaqla Tacikistan ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, möhkəmlənməsi və genişlənməsi istiqamətləri və formaları konkretləşdirilmişdir.

Tacikistan Prezidenti dedi:

-Bu gün Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur. Biz Tacikistan-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsində, onun qarşılıqlı faydalı inkişaf sahələrinin və istiqamətlərinin şaxələndirilməsində maraqlıyıq. Ölkələrimiz və onların rəhbərləri arasında mövcud müqavilə-hüquqi bazası, qarşılıqlı etimad və qarşılıqlı rəğbət ruhu bu istək və planların həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmalar bizim daha fəal və konkret qarşılıqlı fəaliyyət göstərməyimizə, Tacikistan-Azərbaycan əməkdaşlığının və tərəfdaşlığının gələcəyinə nikbin baxmağa imkan verir. Bunun üçün maksimum səy göstərmək lazımdır.

Prezident Emoməli Rəhmon ölkələrimiz arasında əməkdaşlığın daha yüksək səviyyəyə və uzunmüddətli sıx tərəfdaşlıq səviyyəsinə çatmasını arzuladı.

gallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42