Prezidentlərin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir

12 iyul 2012, 14:20
Prezidentlərin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir

Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir.

Prezident İlham Əliyev Tacikistan dövlətinin başçısına Azərbaycanın ali mükafatı - “Heydər Əliyev” ordenini, Prezident Emoməli Rəhmon isə Azərbaycan dövlətinin başçısına Tacikistanın ali mükafatı - “İsmoili Somoni” ordenini təqdim etmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Emoməli Şərifoviç!

Hörmətli dostlar!

Bu gün biz dövlətlərarası münasibətlərimizin inkişafının bir çox sahələrini müəyyənləşdirəcək mühüm sənədlər imzaladıq.

Bu gün biz əziz dostumuz Emoməli Şərifoviçi ölkəmizdə qəbul edirik. İndi Emoməli Şərifoviçə Azərbaycan dövlətinin ali mükafatı, müstəqil Azərbaycanın ən yüksək mükafatı olan “Heydər Əliyev” ordenini təqdim etmək istərdim.

Biz Emoməli Şərifoviçi görkəmli dövlət xadimi, bu gün dünyada böyük nüfuza malik olan, Tacikistan və tacik xalqının ən çətin dövründə bu ölkəyə rəhbərlik edən, ölkəni ağır vəziyyətdən, xaos və vətəndaş müharibəsindən inkişaf və tərəqqi yoluna çıxaran insan kimi tanıyırıq.

Uzun illər ərzində qardaş Tacikistana çox uğurlu rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında respublikanızda böyük dəyişikliklər olmuşdur. Sizin respublika inkişaf edir. Mən rəsmi səfərim zamanı Tacikistanın inkişaf dinamikasını şəxsən görmək imkanı əldə etmişəm. Yaxın vaxtlarda müzakirələrimizi davam etdirmək üçün yenidən Tacikistana səfər etmək niyyətindəyəm.

Biz Sizi, həmçinin ölkəmizin dostu kimi tanıyırıq. Siz Azərbaycanın dahi lideri Heydər Əliyev ilə fəal işləmisiniz. Bir çox hallarda Sizin birgə fəaliyyətiniz sayəsində ikitərəfli əməkdaşlığın bu cür səmərəli formatını yaratmaq mümkün olmuşdur. Sizin mənim atam ilə birgə əsasını qoyduğunuz əməkdaşlıq ənənələri bu gün uğurla davam etdirilir. Biz Sizi dövlətimiz və xalqımızın bütün problemlərinə həssaslıqla yanaşan insan kimi tanıyırıq. Azərbaycanın dostu kimi Azərbaycan dövlətinin yüksək mükafatını təqdim etmək imkanı mənə böyük zövq verir.

Sizə və qardaş tacik xalqına xoş arzularımı çatdırıram, gələcəkdə uğurlar və tərəqqi arzu edirəm.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Emoməli Rəhmona təqdim etdi.

Tacikistan Prezidenti Emoməli RƏHMON minnətdarlığını bildirərək dedi:

Hörmətli həmkarlar!

Əziz dostlar!

Mən hörmətli İlham Heydər oğlunun söylədiyi fikirlərlə tamamilə razıyam. Biz hələ Heydər Əliyev ilə başladığımız işləri davam etdirmişik və davam etdirəcəyik. Heydər Əliyev çox müdrik siyasəti xadim idi.

Mənə verilən bu mükafatı xalqıma verilən mükafat kimi qiymətləndirirəm. Biz həmişə yaxşı münasibətlər qurmağa çalışmışıq. Mən həmişə xalqım və ölkəm üçün çətin illərdə bir çox məsələlərlə bağlı Heydər Əliyevdən məsləhət almağa çalışmışam. O vaxtdan bəri biz yaxşı münasibətlər qurmuşuq və bu dostluğu davam etdiririk, ikitərəfli münasibətlərimizi inkişaf etdiririk. Xüsusilə, son 10 ildə bizim ikitərəfli əməkdaşlığımız bütün istiqamətlərdə çox dinamik inkişaf edir. Yaxşı nəticələr vardır.

Bugünkü görüşlər və hörmətli İlham Heydər oğlunun dəvəti ilə rəsmi səfərim bizim ikitərəfli münasibətlərin inkişafına yeni impuls verəcəkdir. Biz bu gün ikitərəfli ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlıqla bağlı, yəni bizim dövlətlər üçün qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərində yeni perspektivli planlar haqqında razılıq əldə etdik.

Biz qərara gəldik ki, hörmətli İlham Heydər oğlunu - mənim dostumu, Tacikistan-Azərbaycan əməkdaşlığının, bizim ikitərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə, beynəlxalq forum və təşkilatlarda Tacikistanın mövqeyini, təşəbbüslərini dəstəklədiyinə görə Tacikistanın ali mükafatı olan “İsmoili Somoni” ordeni ilə təltif edək. Biz bir-birimizin təşəbbüslərini həmişə dəstəkləyirik və icazə verin, bu mükafatı dostum İlham Heydər oğluna təqdim edim. Təbrik edirəm.

Prezident Emoməli Rəhmon “İsmoili Somoni” ordenini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV minnətdarlığını bildirərək dedi:

- Əziz dost!

Mənim əməyimi belə yüksək qiymətləndirdiyinizə görə təşəkkür edirəm. Demək istəyirəm ki, bundan sonra da ölkələrimiz və xalqlarımız arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsi üçün var qüvvəmlə çalışacağam.

Bu münasibətlərin böyük tarixi vardır. Bizim xalqlarımız həmişə qardaşlıq və anlaşma şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət kimi əməkdaşlığın möhkəmləndirilməsini və mühüm regional təhlükəsizlik məsələlərini birgə müəyyənləşdirir və həll edirik.

Mən bundan sonra da qardaş Tacikistan ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm.

Bir daha bu ali mükafata görə minnətdarlıq edirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42