13:25
Noyabrın 6-da Bişkekdə Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
06 noyabr 2024, 13:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 168; 2009, № 8, maddə 630; 2018, № 6, maddə 1211; 2021, № 3, maddə 226) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bənddən “1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda), ikinci cümləsində və” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda) və ikinci cümləsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2021-ci il
Noyabrın 6-da Bişkekdə Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
06 noyabr 2024, 13:25
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09