İlham Əliyev İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

10 iyul 2012, 17:30
İlham Əliyev İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından uğurlu olacağına əminliyini bildirdi.

Qonzalo de Benito son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində diqqətlə izlənildiyini dedi və Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğuladı. Qonzalo de Benito İspaniya Krallığının Baş naziri Mariano Raxoyun məktubunu dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42