İlham Əliyev İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentini qəbul etmişdir

09 iyul 2012, 19:00
İlham Əliyev İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentini qəbul etmişdir

Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin qarşılıqlı hörmət və maraq çərçivəsində inkişafından məmnunluq ifadə olundu, münasibətlərin daha da genişləndirilməsi üçün qarşıda duran vəzifələrin müzakirəsi baxımından səfərin önəmi qeyd edildi, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42