İlham Əliyev Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında ağac əkib

18 oktyabr 2021, 11:35
İlham Əliyev Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında ağac əkib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında ağac əkiblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yaradılacaq yeni park barədə məlumat verdi.

Bildirildi ki, burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Bununla yanaşı, sakinlərin asudə vaxtının maraqlı təşkili məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün amfiteatr zonası, kempinq və istirahət yerləri, uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, ekstrim velosiped sahəsi və digər guşələr yaradılacaq.

Parkda salınacaq su hövzəsi kafe və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaq. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının salınması planlaşdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.

gallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Tədbirlər 31 avqust 2026
14:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Liderlər 8 avqust 2025-ci il tarix...

31 avqust 2026, 14:55
SƏNƏDLƏR Sərəncamlar 27 avqust 2026
15:35
“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                         

1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...

27 avqust 2026, 15:35