İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

08 iyul 2012, 16:20
İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinə və bütün Rusiya xalqına başsağlığını çatdırdı.

Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi yüksək dövlət vəzifəsinə seçilməsi münasibətilə Sergey Narışkini təbrik edən Prezident İlham Əliyev onun ilk xarici səfərlərindən birinin Azərbaycana etməsindən məmnunluğunu bildirdi və bunu ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası və digər sahələrdə mövcud uğurlu əməkdaşlığın təzahürü kimi dəyərləndirdi.

Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və bu münasibətlərin çoxəsrlik əməkdaşlıq tarixinə, dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğuladı.

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin, iqtisadi, humanitar, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd etdi. Dövlət başçısı səfərin uğurlu olacağına əminliyini bildirdi.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar verdiyi başsağlığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycan Milli Məclisinin dəvətinə əsasən Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsində ilk dəfə olaraq böyük parlament nümayəndə heyəti ilə respublikamıza səfər etdiyini vurğulayan Sergey Narışkin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi və bu əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd etdi.

X X X

Görüşdən sonra Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin və Rusiya Federasiyası Prezidentinin Beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təltifetmə mərasimi olmuşdur.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Narışkinin Rusiya Federasiyası Baş nazirinin müavini, hökumətlərarası birgə komissiyanın həmsədri, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri vəzifələrində çalışarkən, hazırda isə Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, humanitar və digər sahələrdə daha da möhkəmləndirilməsi işində fəal rol oynadığını xüsusi vurğuladı.

Dövlət başçısı bildirdi ki, Sergey Narışkinin rəhbərliyi ilə hökumətlərarası birgə komissiya səmərəli fəaliyyət göstərərək iqtisadi xarakterli mühüm məsələlərin həllinə nail olub. Prezident İlham Əliyev qeyd etdi ki, həmçinin Sergey Narışkinin uğurlu fəaliyyəti nəticəsində Rusiya-Azərbaycan humanitar forumu Beynəlxalq Humanitar Foruma çevrilib, Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası əlaqələrin inkişafında və möhkəmləndirilməsi işində xüsusi xidmətlərinə görə Sergey Narışkinin Azərbaycanın yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görüldüyünü dedi və mükafatı ona təqdim etdi.

Sergey Narışkin Azərbaycanın yüksək mükafatlarından birinə -“Dostluq” ordeninə layiq görülməsini Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi işinə verilən qiymət kimi dəyərləndirdi. O, bu əməkdaşlığın və dostluğun gələcək illərdə də davam etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu bildirən Prezident İlham Əliyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun uzun illər bu sahədə ölkələrimizin və xalqlarımızın yaxınlaşması istiqamətində fəal işlər apardığını qeyd etdi. Dövlət başçısı Mixail Şvıdkoyun MDB ölkələri çərçivəsində həyata keçirilən bütün humanitar layihələrdə fəal iştirak etdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi işində göstərdiyi xüsusi xidmətlərə görə Mixail Şvıdkoyun da Azərbaycanın yüksək mükafatına - “Dostluq” ordeninə layiq görüldüyünü dedi və mükafatı ona təqdim etdi.

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın yüksək mükafatına - “Dostluq” ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini dedi. O, Azərbaycan və Rusiya xalqları arasında yaxşı münasibətlərin mövcudluğundan məmnunluğunu bildirdi. Mixail Şvıdkoy Azərbaycanda rusların özlərini doğma vətənlərindəki kimi rahat hiss etdiklərini, azərbaycanlıların isə Rusiyanın həyatında mühüm rol oynadıqlarını vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11