19:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 853) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddən (birinci halda) və 2.0.3-cü yarımbənddən ismin müvafiq hallarında “(bitki sortları)” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 3.0.17-1-ci yarımbənd əlavə edilsin:
“3.0.17-1. fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fitosanitar karantin baxışı keçirmək və müayinə aparmaq, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda, bitki mühafizə vasitələrində toksikoloji analizlər aparmaq, eləcə də nəticələrinə dair müvafiq arayışlar vermək;”.
3. 3.0.19-cu yarımbənddən ismin müvafiq hallarında “(bitki sortları)” sözləri çıxarılsın, həmin yarımbənddə “sınağını keçirmək” sözləri “sınağının keçirilməsini təmin etmək” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 4.0.13-1-ci yarımbənd əlavə edilsin:
“4.0.13-1. beynəlxalq qurumların və yerli fiziki və hüquqi şəxslərin maliyyə dəstəyi ilə aqrar sahədə layihələrin icrasını təşkil etmək;”.
5. 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“5.1. Agentlik öz fəaliyyətini Aparatı və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.
5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.”.
6. 5.3-cü bənddə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.
7. 5.5.3-cü yarımbənddə “ödənilməsi” sözü “ödənişi” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “Aparatının” sözündən sonra “və tabeliyindəki qurumların” sözləri əlavə olunsun.
8. 5.5.5-ci yarımbənddə “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi digər” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “digər işçilərini” sözlərindən sonra “, habelə tabeliyindəki qurumların işçilərini (hüquqi şəxslərin isə yalnız rəhbərlərini) Nazirliklə razılaşdırmaqla” sözləri əlavə olunsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 oktyabr 2021-ci il
Hörmətli cənab Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etima...
01 sentyabr 2026, 11:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 8 avqust 2025-ci il tarix...
31 avqust 2026, 14:55
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə ...
31 avqust 2026, 11:06