İ.Ə.Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

05 oktyabr 2021, 14:32

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 oktyabr 2021-ci il